SON XƏBƏRLƏR

Qarsdakı Eybəcər abidə söküləcək

2021.10.20, 07:36
Qarsdakı Eybəcər abidə söküləcək

Gunaz.tv

GünAzTv: “Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qars əhalisi ilə görüşündə deyib.

Bölgəyə gələn Ərdoğan onun partiyasından olan bələdiyyə başqanının 2 il əvvəl ucaltdığı “İnsanlıq abidəsi”nin uçurulmasını istəyib. Bu abidə türk-erməni dostluğunun şərəfinə ucaldılmışdı. Bölgə xalqının etirazlarına baxmayaraq abidəni götürən yox idi. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı da var. İndi Türkiyə baş naziri bunun üçün çox az müddət qoyub.

Qarsdakı bəzi qüvvələr isə Türkiyə-Ermənistan sərhədinin açılmasını Qarsdakı iqtisadi rifaha xidmət edəcəyini düşünür. Amma Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov ANS-ə müsahbəsində bəyan edib ki, sərhədlərin açılması Qarsdakı iqtisadiyyatı dirçəldə bilməz. “Kasıb, iqtisadi imkanları olmayan bir dövlətin Türkiyə kimi inkişaf etmiş ölkənin iqtisadiyyatına heç bir təsiri olmayacaq”, - deyə o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar