SON XƏBƏRLƏR

İranda insan haqları fəalına ağır həbs cəzası verilib

2021.10.20, 07:36
İranda insan haqları fəalına ağır həbs cəzası verilib

Gunaz.tv

GünAzTv: İranın qabaqcıl insan haqları vəkili Nəsrin Sotoudə 11 il həbs cəzasına məhkum edilib. Bu barədə onun həyat yoldaşı məlumat verib.

Ona həmçinin 20 il vəkil işləmək və ölkədən çıxmaq qadağan olunub.

Xanım Sotoudə sentyabr ayında həbs olunub və milli təhlükəsizlik əleyhinə işləməkdə təqsirkar bilinir.

Nyu Yorkda mənzillənən İranda İnsan Haqları üçün Beynəlxalq Kampaniya bu hökmü "ədalətin pozulması" adlandırıb və onun appelyasiyada ləğv olunmasını tələb edib.

Xanım Sotoudənin əri Reza Xəndan deyib ki, o milli təhlükəsizlik əlehyinə işləməkdə, rejimə qarşı təbliğat aparmaqda və Nobel mükafatının qalibi Şirin Ebadinin başçılıq etdiyi İnsan Haqları Müdafiəçilərinin Mərkəzinə üzv olmaqda günahkar bilinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar