SON XƏBƏRLƏR

İranla 5+1 ölkələrinin nüvə danışıqları Türkiyədə keçiriləcək

2021.10.20, 07:36
İranla 5+1 ölkələrinin nüvə danışıqları Türkiyədə keçiriləcək

Gunaz.tv

GünAzTv: İranın nüvə proqramı ilə bağlı 5+1 ölkələri ilə aparılan danışıqların yeni raundu yanvarın 20-də İstanbul şəhərində başlanacaq.Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton məlumat verib. “Hazırda biz görüşün bu müddətdə keçirilməsinin imkanlarını nəzərdən keçiririk. İran tərəfi bu müddətə müsbət reaksiya verir”. Bu arada danışıqlara ev sahibliyi edəcək Türkiyənin xarici işlər naziri iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığı olub. Tərəflər yanvarın 20-də start götürəcək danışıqları müzakirə ediblər. Yayılan məlumatlara görə İran və 5+1 ölkələri ilə danışıqlar iki gün davam edəcək. Qeyd edək ki, 5+1 ölkələrinə Rusiya, Çin, ABŞ  (Amerika Birləşmiş Ştatları), Fransa, Almaniya və İranın özü daxildir. Bundan əvvəl dondurulmuş danışıqlar isə Cenevrədə bərpa olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar