SON XƏBƏRLƏR

“Mossad”: "İran 2015-ci ildən öncə atom bombası istehsal etməyəcək"

2021.10.20, 07:36
“Mossad”: "İran 2015-ci ildən öncə atom bombası istehsal etməyəcək"

Gunaz.tv

GünAzTv: İran 2015-ci ildən öncə atom bombası istehsal etməyəcək. Bu qənaəti İsrailin kəşfiyyat orqanı "Mossad" açıqlayıb.

"Reuters"in xəbərinə görə, "Mossad"ın keçmiş rəhbəri Meir Daqan təqaüddə olduğu zaman verdiyi brifinqdə İrana hücum üçün tələsməməyi tövsiyə edib.

Qərbdəki kəşfiyyat qurumları da eyni fikirdədirlər.

Pentaqon daha öncə İranın 2015-ci ilə qədər qitələrarası raket istehsal edəcək səviyyəyə çatmayacağını açıqlamışdı.

Pentaqonun aprel ayı hesabatında "İran xaricdən alacağı yardımla 2015-ci ilə qədər ABŞ-ı da əhatə edəcək qitələrarası ballistik raketi testdən keçirmə və ya istehsal etmə səviyyəsinə çata bilər"deyilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar