SON XƏBƏRLƏR

İsveçdə Xocalı soyqırımı və Qarabağın işğalına qarşı etiraz aksiyası keçiriləcək

2021.10.20, 07:36
İsveçdə Xocalı soyqırımı və Qarabağın işğalına qarşı etiraz aksiyası keçiriləcək

Gunaz.tv

GünAzTv: Biz ermənilərin Xocalıdakı cinayətlərini nə unudacağıq, nə də bağışlayacağıq.

Xocalı faciəsinin ildönümündə İsveçin başkəndi Stokholmun mərkəzində etiraz aksiyası keçiriləcək. Ermənilərin ağlagəlməz cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq xüsusən xaricdə yaşayan Azərbaycanlılara əsas vəzifə sayılmalıdır.

Bildiyiniz kimi, Qarabağın Xocalı şəhərində erməni qatilləri heç kəsə rəhm etmədən, hətta hamilə qadınların qarnını cırıb, uşaqları çıxardıb güllələyiblər, valideynlərin gözləri qarşısında uşaqlarının başlarını kəsiblər. Çox təəssuf, müasir dövrdə analoqu az olan belə bir cinayət biz Azərbaycanlıların başına gəlmişdi. Bu səbəbə görə, Xocalı faciəsinin ildönümündə bu cinayətlər barədə dünya ictimaiyyətinə messaj verməmiz hər bir Azərbaycanlının vəzifəsi sayılmalıdır. Biz ermənilərin Xocalıdakı cinayətlərini nə unudacağıq, nə də bağışlayacağıq. Bildiyiniz kimi, Müstəqil Azərbaycanın 20 % torpağı ermənilərin işğalı altındadır və 1 milyondan artıq müharibə qaşqını hələ də yurd-yuvasından didərgin düşübdü. Ermənilərin vəhşi cinayətlərinə qarşı Qarabağ Komitəsi bu il Stokholmda öncədən hazırlıq aparmaqla bu etiraz aksiyasının möhtəşəm keçirilməsinə zəmin yaradır. 2011 - cu il 26 fevralda Azərbaycanlıları bu etiraz aksiyasında kütləvi şəkildə aktiv iştiraka dəvət edirik.

Unutmayaq, bu aksiyaya qoşulmaq hər birimizin vətəndaşlıq və insanlıq borcudur.

Zaman: Şənbə, 26 fevral 2011-cu il, saat: 14:00 - 16:00.

Məkan: Sergels torg

Azad tribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar