SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Siyamək Mirzayi 2 il müddətinə azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Siyamək Mirzayi 2 il müddətinə azadlıqdan məhrum edilib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı öyrənci fəal cənab Siyamək Mirzayi Ərdəbilin İnqilab Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hakim Həsənzadə adını çəkdiyimiz azərbaycanlı öyrənci fəalı “GƏLƏCƏK” qanunsuz qrupunu yaratmaq, sistemə qarşı şəxslərlə irtibatda olmaq, bölücü mərasimlərində iştirak və çıxış etməkdə suçlayıb.

 

Qeyd edək ki, Rəşt universitetinin öyrəncisi  cənab Mirzayi  2010-cu il oktyabr ayının 9-u (1389-cu il mehr ayının 17-i) Muğanın Parsabad şəhərində öz ata evində tutuqlanıb.

 

Adını çəkdiyimiz azərbaycanlı öyrənci fəalın məhkəmə iclası 2010-cu il oktyabr ayının 2-i (1389-cu il mehr ayının 10-u) Ərdəbilin İnqilab Məhkəməsində keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar