SON XƏBƏRLƏR

Ərəbistanda məhkəmə qərarı ilə baş kəsilib

2021.10.20, 07:36
Ərəbistanda məhkəmə qərarı ilə baş kəsilib

Gunaz.tv

GünAzTv: Səudiyyə Ərəbistanında məhkəmənin qərarı ilə cinayət törətdiyi bildirilən bir nəfər başı kəsilərək edam edilib. Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada ailə daxilindəki anlaşmazlıq səbəbilə öz tayfasının üzvlərindən birini öldürən Naci Bin Arif Əl Şamrinin Arar şəhərində başı kəsilərək edam edildiyi bildirilib. Bu barədə Lent.az “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən xəbər yayıb. Əl Şamrinin edamı Səudiyyə Ərəbistanında bu ilin ilk dramı kimi qeydə alınıb. Keçən il Səudiyyə Ərəbistanında 27 nəfərin başı qılıncla kəsilərək öldürülüb. 2009-cu ildə isə bu rəqəm 67 olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar