SON XƏBƏRLƏR

İran amerikalı qadının Ermənistanla sərhəddə saxlanıldığını təkzib edir

2021.10.20, 07:36
İran amerikalı qadının Ermənistanla sərhəddə saxlanıldığını təkzib edir

Gunaz.tv

GünAzTv: İranın dövlətə məxsus televiziyası mətbuatda rəsmilərin amerikalı qadını casusluq ittihamları ilə həbs etdiyinə dair əvvəl verilən  məlumatlara zidd xəbər verib.

Əl-Ələm televiziyasının verdiyi məlumata görə, 55 yaşlı Hal Talayanın vizası olmadığı üçün onun İrana daxil olmasına icazə verilməyib və o, Ermənistana qaytarılıb. Bu, mətbuatda rəsmilərin Talayanı bir həftə əvvəl Ermənistandan Norduz sərhəddini vizasız keçməyə cəhd göstərdiyi zaman saxladığına dair məlumatlarla təzad təşkil edir.

Dövlət Departamentinin sözçüsü Amerikanın səsinə bildirib ki, ABŞ (Amerika Birləşmiş Ştatları) məlumatdan xəbərdardır və işlə məşğul olur. Onun sözlərinə görə, Dövlət Departamenti qadının həbs edilib-edilmədiyi, ya da erməni vətəndaşı olub-olmadığını təsdiq edə bilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar