SON XƏBƏRLƏR

Ankara Təl-Əvivin təklifinə cavab verdi

2021.10.20, 07:36
Ankara Təl-Əvivin təklifinə cavab verdi

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu israilli həmkarı Aviqdor Libermanın Türkiyə tərəfinə görüşüb müzakirələrə başlamaq barədə təklifinə cavab verib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu İsraillə danışıqlara başlamaq üçün rəsmi Təl-Əvivin "Mavi Mərmərə" hücumu ilə bağlı Ankaranın haqlı tələblərini yerinə yetirməli olduğunu bildirib. "Bunlar qəzet yazıları ilə yox, müasir diplomatik üsullarla, hörmətlə olar". Qeyd edək ki, İsrail xarici işlər naziri həmkarına Qüdsdə görüşmək təklifi göndərmişdi. İsrail Türkiyə münasibətləri Fələstinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə basqından sonra gərginləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar