SON XƏBƏRLƏR

Avropa Birliyi İranın təklifinə “yox” dedi

2021.10.20, 07:36
Avropa Birliyi İranın təklifinə “yox” dedi

Gunaz.tv

GünAzTv: Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton İranın nüvə obyektlərinə baxış keçirmək dəvətini rədd edib.

 

Tehran son vaxtlar bir sıra xarici ölkə rəsmilərinə dəvət göndərib İranın nüvə təsisatları ilə yaxından tanış olmağa çağırıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Eşton yanvarın 7-də jurnalistlərə açıqlamasında deyib ki, hansısa nüvə obyektinə baxış keçirmək Beynəlxalq Atom Enerjisi Agentliyinin səlahiyyətindir: “Avropa siyasətçiləri bu tip obyektlərin yoxlanması ilə məşğul olmamalıdır”.

 

Eşton Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlarını İranın nüvə obyektlərinə buraxacağına ümid etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar