SON XƏBƏRLƏR

Türkiyədə öyrəncilərin aksiyaları sonda iğtişaşlara çevrilib

2021.10.20, 07:36
Türkiyədə öyrəncilərin aksiyaları sonda iğtişaşlara çevrilib

Gunaz.tv

GünAzTv: Türkiyədə 3 nüfuzlu ali təhsil müəssisəsinin tələbələri bəzi tələbələrlə icazəsiz nümayiş keçiriblər.

Hakim Ədalət və İnkişaf Partiyasının paytaxtdakı mənzil-qərargahı qarşısına irəliləmək istəyən tələbələrin aksiyasının icazəsiz olduğunu ifadə edən polis  səsgücləndiricilər  vasitəsilə onları  dağılmaları barədə xəbərdar edib. Lakin bu xəbərdarlıq nəticə verməyib. Bu dəfə su şırnaqlarını işə salıb. Lakin tələbələr bu dəfə  barrikadalar quraraq, polisə hücum edib. Ətrafa od vuran, polisə  daş parçaları atan qəzəbli tələbələr hadisələri işıqlandıran media işçilərinə də xəsarət yetirib.İğtişaşları yatırmaq üçün başqa çarə tapmayan asayiş keşikçiləri bundan sonra isə  tələbələri nəzarət altına almaq üçün gözyaşardıcı qazdan istifadə edib.  Gözyaşardıcı qazdan tənəffüs yollarında problem yaranan tələbələrə isə əraziyə cəlb edilən təcili yardım briqadaları kömək edib. Türkiyə prezidenti Abdullah Gül isə vəziyyətdən narahatlığını ifadə edərək, tələbələri aksiya keçirən universitetlərin rəhbərlərini  nahara dəvət edib. Çnakaya köşkündə verilən açıqlamada bildirilir ki, prezident Abdullah Gül universitet rəhbərlərinin  hadisələrlə bağlı   mövqeyini dinləyəcək,  tələbələrin etirazlarını müzakirə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar