SON XƏBƏRLƏR

Amerikada respublikaçıların üstünlüyü uydurma iddianı iki il geri ata bilər

2021.10.20, 07:36
Amerikada respublikaçıların üstünlüyü uydurma iddianı iki il geri ata bilər

Gunaz.tv

GünAzTv: Con Bonerin ermənipərəst Nensi Pelosinin yerinə Nümayəndələr Palatasının sədri seçilməsi qondarma erməni soyqırımının tanınması üçün çoxsaylı cəhdlərə baş vuran ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) erməni  lobbisinə və onları müdafiə edən konqresmenlərə vurulan güclü zərbə hesab edilir.

Yeni ilin ilk günləri Ermənistan, həmçinin ABŞ-dakı erməni lobbisi və ermənipərəst konqresmenlər üçün xoşagəlməz hadisə ilə müşayiət olunmaqdadır. Belə ki, Nümayəndələr Palatasının ilk iclasında qondarma erməni soyqırımının tanınmasının qatı əleyhdarlarından biri olan respublikaçı Con Boner adı çəkilən qurumun sədri seçilib. Bununla da ermənilərin yaxın iki ildə Konqresdə qondarma erməni iddialarını müzakirəyə çıxara bilməsi şübhə altına düşüb.

C. Bonerin bu vəzifəyə seçilməsinin isə həm ABŞ-Türkiyə, həm də ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyinə və tərəflər arasında son illərdə ortaya çıxan ziddiyyətləri aradan qaldıracağına böyük ümidlər bəslənilir. C. Bonerin spiker postunda qatı ermənipərəst mövqeyi ilə tanınan xanım Nensi Pelosini əvəz etməsi Azərbaycanda da müsbət qarşılanıb. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə Bonerin Nümayəndələr Palatasının sədri seçilməsinin həm Türkiyə-ABŞ, həm də Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcəyini istisna etmədiyini söylədi. Onun sözlərinə görə, Obamanın Prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasətində ziddiyyətli məqamlar özünü göstərməkdədir və bu da Vaşinqtonun ənənəvi müttəfiqləri ilə münasibətlərində müəyyən problemlərin ortaya çıxmasına səbəb olub: “Nensi Pelosi qatı ermənipərəst idi və o, bunu gizlətmirdi. Bu baxımdan Con Bonerin onun yerinə spiker seçilməsini hər halda müsbət qarşılamaq lazımdır. Bu, qondarma erməni soyqırımının tanınması ilə bağlı Türkiyəyə edilən təzyiqlərin müəyyən müddət üçün zəifləməsinə gətirib çıxaracaq”. Lakin politoloq onu da qeyd etdi ki, əslində qondarma erməni soyqırımının mütəmadi olaraq gündəmə gətirilməsinin arxasında ABŞ-ın bu yolla Türkiyəni öz təsir dairəsində saxlaması və ondan öz maraqları üçün daha çox güzəştlər qoparması cəhdləri dayanır: “Qondarma erməni soyqırımı ABŞ-ın əlində Türkiyəyə təzyiq göstərmək üçün bir vasitəsidir. Amma ABŞ heç vaxt qondarma soyqırımını tanımayacaq. Çünki bunun saxta və əsassız olduğunu Vaşinqtonda çox yaxşı bilirlər”. 

 

Politoloq, millət vəkili Rasim Musabəyov da ABŞ-da baş verən son hadisələrin və Con Bonerin alt palatanın sədri seçilməsinin erməni lobbisi və ermənipərəst konqresmenlərə vurulan bir zərbə olduğunu bildirdi: “Bu, o deməkdir ki, ABŞ-dakı erməni lobbisi və onları müdafiə edən konqresmenlərin qondarma soyqırımını tanıtmaq cəhdləri iflasa uğrayıb. Mən bunu Türkiyə və Azərbaycan üçün uğur kimi dəyərləndirirəm. Lakin arxayınlaşmaq da olmaz. Çünki erməni lobbisi və onları müdafiə edənlər imkan düşən kimi revanş almağa cəhd edəcəklər”.

Politoloq həmçinin prezidentliyinin sonuna yaxın Obamanın qondarma erməni soyqırımını tanımaq və erməni lobbisinə verdiyi vədə əməl etmək məqsədilə hansısa addımlar ata biləcəyini də istisna etmədi. O, belə bir təhlükəyə öncədən hazırlaşmanın vacibliyini vurğuladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar