SON XƏBƏRLƏR

Ermənilərin Amerika Konqresindəki havadarı Nensi Pelosinin niyyəti gözündə qaldı

2021.10.20, 07:36
Ermənilərin Amerika Konqresindəki havadarı Nensi Pelosinin niyyəti gözündə qaldı

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Bu vəzifəni respublikaçı, “erməni soyqırımı”nın tanınmasının əleyhdarı Con Boner tutdu.

Respublikaçı Con Boner ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatasının yeni spikeri seçilib. 61 yaşlı Bonerə 241, 70 yaşlı Nensi Pelosiyə (Demokrat Partiyası) isə 173 konqresmen səs verib. Səsvermənin nəticəsi gözlənilməz olmayıb. Çünki noyabrdakı seçkilərdə respublikaçılar Nümayəndələr Palatasında səs çoxluğu (435 mandatdan 242-si) qazanmışdı. Spikerin seçilməsi üçün isə sadə səs çoxluğu lazım idi. Bundan başqa, Yeni il ərəfəsində respublikaçılar bəyan etmişdilər ki, spiker seçkilərində məhz Con Boneri dəstəkləyəcəklər. Nümayəndələr Palatasında ötən çağırışda Con Boner respublikaçı azlığa başçılıq edirdi. O, Yeni ilədək bir sıra kəskin bəyanatlarla yadda qalıb. 61 yaşlı konqresmen Ağ Evin tənqid edib və demokratların dəstəyi ilə qəbul edilmiş bütün qanunların təftiş olunacağına söz verib. Con Bonerin sözlərinə görə, Nensi Pelosinin sədrliyi dövründə olduğu kimi qanunlar tələsik qəbul edilməyəcək, əksinə, “mikroskop altında” yoxlanılacaq.Qeyd edək ki, əvvəlki spiker Nensi Pelosi ermənipərəst mövqeyi ilə seçilirdi və ötən ilin son günlərinədək “erməni soyqırımı” ilə bağlı qərarın qəbuluna çalışırdı. Con Boner isə “erməni soyqırımı”nın tanınmasının əleyhdarlarındandır. Bundan başqa, tarixdə ilk dəfə olaraq demokratların nəzarət etdiyi hökumət zamanı seçilmiş konqresmenlərin 120-dən çoxu Türkiyə dostları klubunun üzvləridir. Bu isə Türkiyənin ABŞ Konqresində ötən illərdə yaşadığı problemlərlə bir daha qarşılaşmayacağının işartısı hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar