SON XƏBƏRLƏR

Əhməd Obalı: 31 Mart azərbaycanlıların soyqırımı günü Amerikanın başqa ştatlarında da qəbul olunacaq

2021.10.20, 07:36
Əhməd Obalı: 31 Mart azərbaycanlıların soyqırımı günü Amerikanın başqa ştatlarında da qəbul olunacaq

Gunaz.tv

GünAzTv: Bu sözləri ABŞda (Amerika Birləşmiş Ştatları) fəaliyyət göstərən GünAzTv rəhbəri və Dümya Azərbaycanlıları konqeresinin (DAK) həmsədri Əhməd Obalı ANS-ə açıqlamasında bildirib.

 

GünAzTv: 31 Mart azərbaycanlıların soyqırımı günü Nevadadan sonra ABŞ-ın digər ştatlarında da qəbul olunacaq. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Günaz TV-nin rəhbəri Əhməd Obalı ANS-ə açıqlamasında bildirib ki, bu qərarın qəbulu məhz Nevadada yaşayan yerli əhalinin səyi, yəni faktların ştat qubernatorluğuna olduğu kimi təqdim edilməsindən sonra mümkün olub.   “Bu, Amerikada yaşayan azərbaycanlıların köməyi ilə baş tutub. Bundan başqa, konsulluq da bu məsələdə önəmli rol oynayıb. Bu, Nevada ştatında baş tutdusa, deməli, eyni ilə digər ştatlarda mümkündür və təbii ki, bu, orada yaşayan azərbaycanlıların yardımı ilə olmalıdır. Bundan başqa, 31 Martın azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsi məqsədi ilə sərgilər, tədbirlərin keçirilməsi nəzərdə tutulub”,- deyə Əhməd Obalı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar