SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı tədqiqatçı-yazıçı həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı tədqiqatçı-yazıçı həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAzTv: Güney  Azərbaycanlı yazıçı və tədqiqatçı Məhəmməd Rəhmanifər həbsə cəzasına məhkum edilib.

 

Adını çəkdiyimiz azərbaycanlı yazıçı və tədqiqatçı bir neçə ay öncə (Mehr ayı) öz evində tutuqlanıb və 10 güm müddətinə təknəfərlik kamerada saxlanılıb.

 

Bütün sorğu-suallara rəğmən cənab Rəhmanifər haqqında heç bir qaneedici fakt olmadığı üçün, nəhayət azərbaycanlı tədqiqatçını mülki vəsiqə qarşılığında sərbəst buraxmağa məcbur olublar.

 

Bununla belə Təbrizin İnqilab Məhkəməsi adını çəkdiyimiz ziyalını millətçilik və sistemin əleyhində suçlayaraq onun barəsində 3 ay həbs qərarı çıxarıb. Ancaq bu qərarın icrası iki il müddətinə şərti olaraq asılı saxlanılıb (təliq olub).

 

Xatırladaq ki. Cənab Məhəmməd Rəhmanifər Azərbaycanın dəyəri elmi tədqiqatçılarından biridir. O bir neçə qiymətli kitabın müəllifidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar