SON XƏBƏRLƏR

Təbrizin İnqilab Məhkəməsində 3 azərbaycanlı fəalın ittihamlarına baxılıb

2021.10.20, 07:36
Təbrizin İnqilab Məhkəməsində 3 azərbaycanlı fəalın ittihamlarına baxılıb

Gunaz.tv

GünAzTv: 3 nəfər azərbaycanlı fəal Məcid Xoşəxtər, Əli Mütərcimi və Məsud İbrahimiyan cənabları Təbrizin İnqilab Məhkəməsində mühakimə olublar.

 

 

 

 

 

2011-ci il yanvar ayının 4-də (dey ayının 14-ü) keçirilən məhkəmə iclasında adını çəkdiyimiz azərbaycanlı fəallar “trakhtorfans” saytını idarə etməklə ümumi asayişi pozmaq, sistemin əleyhinə təbliğ və qanunsuz qruplara üzv olmaqda ittiham olunublar.

 

Məhkəmə iclasında müttəhimlərin vəkilləri öz müvəkkillərini müdafiə ediblər. Müvəkkillərin biri Azərbaycan millətinə qarşı ayri-seçkilik siyasətinin artıq danılmaz olduğunu bildirib. O bildirib ki, Təbrizin səhənd stadyomunda səsləndirilən şüarlar Azərbaycan millətinin hüquqlarının bərpası üğüundadır və təmami ilə qanun çərçivəsindədir.

 

Hakim Həmbler mütthimlərin və vəkillərin fikirlərini öyrənib. O bildirib ki, bir həftə sonra məhkəmə qərar çıxaracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar