SON XƏBƏRLƏR

Ermənistandan İrana keçən «casus» yaxalınıb

2021.10.20, 07:36
Ermənistandan İrana keçən «casus» yaxalınıb

Gunaz.tv

GünAzTv: İran hakimiyyətinin uyğun qurumları tez-tez «casus» aşkarladıqları haqda bəyanat verirlər.

İslam Respublikası KİV-in məlumatına əsasən, ötən gün hakimiyyət «casusluqda şübhəli bilənən» ABŞ (Amerika Birləşmiş Ştatları) vətəndaşını həbs edib.

Xəbərdə bildirilib ki, saxlanılan amerikalı İran Ermənistan ərazisindən keçib. İslam Respublikasına daxil olmaq üçün vizası olmadığından saxlanılan, ABŞ vətəndaşının sonradan «casus olduğu» məlum olub.

İran kömrükçüləri onu Tehranın Şimal-Qərbində Nohurdüz ərazisində saxlayıblar. Yerli mənbələrin ehtimalına əsasən, «casusun dişində xüsusi qurğu və ya mikrofon olub».

Bu amerikalının saxlanılması haqda rəsmilər ətraflı məlumat verrməyib. Hətta onun adı belə açılanmayıb. «Casus»a qarşı irəli sürülən ittiham da məlum deyil.

Xatırladaq ki, dekabrın sonunda Tehran hakimiyyətinə müxalif sayılan Xalq Mücahidləri Təşkilatının iki üzvü - siyasi məhbuslar Əli Saremi və Ələkbər Siyadət Tehranın Evin zindanında dar ağacından asılmışdı.

Tehran məhkəməsi bir il əvvəl Əli Saremini İran Xalq Mücahidlər Təşkilatına üzvlükdə, bu təşkilatla ardıcıl əməkdaşlıqda, hakimiyyətə qarşı təbliğat aparmaqda günahlandıraraq edama məhkum etmişdi.

2008-ci ildə tutulan Ələkbər Siyadət isə İsrail «Mossad»ı ilə əməkdaşlıqda, casusluqda günahlandırılaraq, barəsində edam hökmü çıxarılmışdı. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar