SON XƏBƏRLƏR

Hüseyn Nəsiri 10 günlük azadlıqda

2021.10.20, 07:36
Hüseyn Nəsiri 10 günlük azadlıqda

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsiri 278 gün həbsdə saxlanıldıqdan sonra, 10 gün müddətinə məzuniyyətdə olacaq.

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi” saytına istinadən yaydığı məlumata görə, cənab Nəsiri 2-cı gün (Yanvarın 5-i , Deyın 15-i) mülki vəsiqə qarşılığında 10 günlük məzuniyyətə çıxıb.

 

Qeyd edək ki, 153 gün həbsdən sonra Təbrizin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsirinin ittihamlarına baxıb və onu 1 il müddətinə azadlıqdan məhrum edib.

 Təbrizin İnqilab Məhkəməsi Cənab Nəsirini İnternet vasitəsi ilə qurduğu irtibat və Azərbaycan bayrağı barədə mübahisə etdiyinə görə, onu sistemin əleyhinə təbliğdə ittiham edib.

 Nəsiri bundan öncədə Bildiriş yaymaq ittihamı ilə sistemin əleyhinə təbliğdə suçlanıb və 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhkəmə məsulları onu 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncağında tutuqlanıb və sorğu-sual mərhələsindən sonra Təbriz zindanına köçürüblər. O zindana köçürüldüyü vaxtdan sonra ilk olaraq 6 aylıq həbs cəzasını çəkməli olub. Sonra isə növbəti qərarın icrasına başlanılıb.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar