SON XƏBƏRLƏR

İran bir çox ölkəyə dəvət məktubu göndərib

2021.10.20, 07:36
İran bir çox ölkəyə dəvət məktubu göndərib

Gunaz.tv

GünAzTv: İran xarici ölkә diplomatlarını nüvә obeyktlәrinә baş çәkmәk üçün ölkәyә dәvәt edib. Rәsmi Tehran, Türkiyәnin dә olduğu bir cox ölkәyә dәvәt mәktubu göndәrib.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Dәvәt edilәn ölkәlәr arasında BMT tәhlükәsizlik Şurasının beş daimi üzvündәn Çin vә Rusiya var. Daimi nümayәndәlәrdәn, ABŞ, Fransa vә İngiltәrәyә dәvәt mәktubu göndәrilmәyib. Almaniya da dәvәt edilmәyәn ölkәlәr sırasındadır.

İranın 27 dekabrda göndәrdiyi dәvәt mәktubunda Çin vә Rus sәfirlәrinin, 15-16 yanvar tarixlәrdә Natanz vә Buşәhr-dәki nüvә obyektlәrini ziyarәt edә bilәcәklәri bildirilib.

Dәvәt mәktubları, Avropa İttifaqının bәzi ölkәlәri, heç bir tәşkilata daxil olmayan ölkәlәr, Türkiyә, Misir, Kuba vә Әrәb Birliyi ölkәlәrinә göndәrilib.

Dәvәt mәktublarının, İranın BMT Tәhlükәsizlik Şurasının 5 daimi üzvü vә Almaniya ilә bu ayın sonunda İstanbulda keçirәcәyi görüş öncәsinә tәsadüf etdiyinә diqqәt çәkilir.

Diplomatik qaynaqlar, İranın dәvәt mәktubunu, görüşlәr üçün müsbәt bir addım kimi dәyәrlәndiriblәr.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar