Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: 2010-cu ilin ən mühüm hadisələrindən biri də Türkiyənin Azərbaycan siyasətini dəqiqləşdirməsi idi. Rəsmi Ankara Azərbaycanla bağlı konkret mövqeyini ortaya qoydu. Son bir neçə ildə baş verən umu-küsülərin fonunda Ərdoğan hökuməti qətiyyətli addım ataraq Azərbaycanla bağlı mövqeyini ortaya qoydu.
İlin sonlarında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmasından asılı olduğunu bir daha bəyan etdi. Azərbaycan-Türkiyə münasibətlərində daha bir ciddi addım 2010-cu il, avqustun 16-da iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanması idi. Artıq müqavilənin reallaşması ilə bağlı ilk addımlar da atılıb. Azərbaycan və Türkiyə həbi sənayesi birgə silah-sursat istehsalı imkanlarını reallaşdırmaq haqda razılığa gəlib. Bu ilin birinci yarısında Türkiyə baş nazirinin Bakıya səfəri planlaşdırılır. Gözlənilir ki, səfər zamanı münasibətlərin inkişafı istiqamətində daha ciddi addımlar atılacaq. Bəs bu səfər münasibətlərdə yeni mərhələni başlayacaqmı? Sualı cavablandıran siyasi şərhçi Natiq Miri Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafının davam edəcəyini düşünür. Ekspertin qənaətinə görə, yeni dünyanın şərtləri Türkiyə və Azərbaycan rəhbərliyinin münasibətlərinin dostluq-qardaşlıq çərçivəsindən strateji əməkdaşlıq səviyyəsinə yüksəltməyi tələb edir: “Yəni bu münasibətlər artıq strateji yöndə inkişaf etməkdədir. Bir qədər əvvəl iki ölkə arasında müqavilə imzalandı. Orada qarşılıqlı hərbi yardım haqqında müddəa var, sənəd artıq Azərbaycan parlamentində təsdiqlənib, 2011-ci ilin ilk ayında Türkiyə Böyük Millət Məclisində də ratifikasiya olunması gözlənilir. Bu, artıq prosesin geriyə dönməz hal alması deməkdir. Bu prosesin yüksələn xətt üzrə inkişaf edəcəyi şübhəsizdir. Baş verənlər göstərdi ki, iki ölkə arasında münasibətlər dövlət maraqlarına hesablanmayıb, əsl qardaşlıq əlaqələridir”. Ekspertin fikrincə, Türkiyənin Azərbaycanla, ümumən, bütöv region ölkələri ilə bağlı siyasətində yeni çalarlar üzə çıxıb və qardaş ölkə yeni oyun qaydaları üzərində xarici siyasətini aparır. N.Miri hesab edir ki, Türkiyənin bölgədə apardığı aktiv xarici siyasət Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. O, bir qədər əvvəl İstanbulda Türkiyə, İran və Azərbaycan XİN rəhbərləri arasında bağlanmış sazişin bu istiqamətdə böyük əhəmiyyət daşıdığını düşünür: “Diqqət edirsinizsə, Türkiyə artıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi surətdə rol almaqdadır. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi fonunda Türkiyə yeni formatda Qarabağ münaqişəsinin həlli istiqamətində fəal diplomatiya aparır. Bu, yeni formatdır, problemin region dövlətlərinin iştirakı ilə həll olunmasına üstünlük verilir. İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul toplantısı zamanı yeni regional üçbucaq yaradılması istiqamətində addım atıldı. Türkiyə, İran və Azərbaycan problemlərin həlli yönündə birgə çalışmaq barədə razılıq əldə etdilər. Bu, ciddi bir saziş idi və haradasa Minsk Qrupuna bir alternativdir. Fikrimcə, bu sazişin inkişaf etdirilməsi istiqamətində işlər aparılarsa, gələcəkdə uğur əldə etmək mümkündür. Çünki İranın Ermənistana təzyiq rıçaqları böyükdür. Bu gün Ermənistanın İrandan başqa heç bir müttəfiq ölkə ilə quru sərhədləri yoxdur. Bu gün İran Ermənistan üçün əsas ”oksigen nəfəsliyi" rolunu oynayır. İran səmimi olsa, gələcəkdə bu “üçbucaq” vasitəsilə Ermənistanı yola gətirmək mümkün olacaq. Hətta bu olmasa da hərbi əməliyyatlar başlayacağı təqdirdə belə ən azından İran bir dövlət olaraq Ermənistana birmənalı kömək etməyəcək. Bu mənada inanıram ki, Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə də inkişaf edəcək və biz bunun bəhrəsini görəcəyik". Yeni musavat
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib