SON XƏBƏRLƏR

Məhəmməd Rza Pəhləvinin oğlu intihar edib

2021.10.20, 07:36
Məhəmməd Rza Pəhləvinin oğlu intihar edib

Gunaz.tv

GünAzTv: Devrilmiş İran şahının kiçik oğlu Əlirza Pəhləvi Amerika Birləşmiş Ştatlarında intihar edib. Şahın ailəsi onun uzun müddət ruh düşgünlüyü (depressiya) keçirdiyini xəbər verir.

Məhəmməd Rza Pəhləvi İranda İslam inqilabı nəticəsində hakimiyyətdən devrilmişdi.

Boston Globe qəzetinin xəbərinə əsasən, 44 yaşlı Əlirza Pəhləvinin meyitində güllə yarası aşkar edilib.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Şah ailəsinin yaydığı bəyanatda deyilir ki, "son illər milyonlarla iranlı kimi Əlirza Pəhləvi də sevimli vətəninin yaşadığı günlərlə bağlı kədərlənirdi. Bundan başqa o, atasının və cavan yaşda bacısının ölümü ilə barışa bilmirdi".

Əlirza Pəhləvi Massaçusets və Harvard Universitetlərində filologiya və İranın qədim tarixini öyrənib. Bundan başqa o, həm də Nyu-Yorkda Kolumbiya Universitetində təhsil alıb.

Əlirza Pəhləvinin bacısı 2001-ci ildə 31 yaşında Londondakı mehmanxanaların birində vəfat edib.

Şah Məhəmməd Rza Pəhləvi 1980-ci ildə Misirdə mühacirətdə ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar