SON XƏBƏRLƏR

Hüseyn Nəsiri hələdə həbsxanada...

2021.10.20, 07:36
Hüseyn Nəsiri hələdə həbsxanada...

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsirinin həbsdə saxlanıldığı müddət artıq 10-cu aya daxil olub.

Dəfələrlə zindanda ağır xəstələnən Hüseyn Nəsiri hələdə Təbriz zindanında məhbus həyatı yaşamaqdadır.

 

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal o halda həbsxanada saxlanılır ki, onun azadlığa buraxılması üçün azərbaycanlılar tərəfindən yetəri qədər tədbir həyata keçirilib, bildirişlər yayılıb, avropa ölkələrində keçirilən etiraz aksiyalarında azadlığı istənilib. Buna baxmayaraq İran hökumətinin intiqamçı məhkəmə sistemi onun azadlığa buraxılmasına hələki imkan vermir.

 

Xatırladaq ki, Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən Hüseyn Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il, Fərvərdin ayının 13-ü) Urmu Gölünün quruması prosesinin qabağının alınması ilə bağlı keçirilən “Urmu Gölü Yığıncağı”nda iştirak edərkən İran Təhlükəsizlim Qüvvələri tərəfindən yaxalanıb və günümüzə qədər həbsdə saxlanılmaqdadır. Azərbaycanlı fəal bundan öncədə dəfələrlə təzyiqlərə məruz qalıb və barəsində həbs cəzası hökmü çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar