SON XƏBƏRLƏR

İran hədə-qorxu gəlir

2021.10.20, 07:36
İran hədə-qorxu gəlir

Gunaz.tv

GünAzTv: İran İnqilab Keşikçiləri Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə ölkəsinin bir düşmən hücumuna məruz qaldıqları halda orta şərqdəki Amerika hərbi bazalarını hədəf alacaqlarını açıqlayıb.

 

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  Ə.Hacızadə hərbi bazaların adlarını açıqlamayıb, ancaq Türkiyənin Əncirlik bölgəsindəki Amerika hərbi bazasının hədəflər arasında olduğunu diqqətə çatdırıb. Hacızadə ölkəsinin bölgədəki düşmənin ən kiçik hərbi fəaliyyətini çox yaxından izlədiklərini söyləyib. Düşmənin hərbi bazalarının İranın uzaqmənzilli raketlərinin hədəfləri daxilində olduğunu söyləyən Hacızadə, “Bölgədəki kosmik gəmilər də daxil olmaq üzrə istədiyimiz hədəfə çata biləcək vəziyyətdəyik”, - deyib. Hacızadə ABŞ (Amerika Birləşmiş Ştatları) və ya İsrailin onlara hücumu nəticəsində Orta Şərqdəki 32 ABŞ hərbi bazasını hədəfə alacaqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar