SON XƏBƏRLƏR

İran Sevgililər gününə qadağa tətbiq edəcək

2021.10.20, 07:36
İran Sevgililər gününə qadağa tətbiq edəcək

Gunaz.tv

GünAzTv: İran İslam Respublikasında bütün dünyada Sevgililər günü kimi qeyd olunan 14 fevral tarixinin keçirilməsinə qadağa qoyulub.

 

Hökumətdən Mətbəə Sahibləri Birliyinə göndərilən sənəddə Sevgililər gününə dair xüsusi olaraq hər hansı bir məqalə dərc etməyin qadağan edildiyi bildirilib. Bu barədə ANS PRESS "IRNA"ya istinadən xəbər yayıb.

 

Həmçinin, bu günlə bağlı üzərində ürək, gül şəkilləri olan plakat, qutu, açıqça dərc etməyin və paylamağın qadağan olunduğu və bu qadağanı pozanlar barəsində tədbir görüləcəyi qeyd olunub. Xatırladaq ki, son 30 ildə ölkədə Qərb adətlərinin yayılmasının qrşısı alınsa da, Sevgililər günü ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməmişdi. Hər il fevralın 14-də iranlı sevgililər bir-birlərinə hədiyyələr alaraq, birlikdə şam etməklə bu günü qeyd edirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar