SON XƏBƏRLƏR

Hakim, Fatimə Nəsirpurun həbs edilməsində israr edir

2021.10.20, 07:36
Hakim, Fatimə Nəsirpurun həbs edilməsində israr edir

Gunaz.tv

GünAzTv: Mərənd şəhərinin prokuroru (məhkəmə rəisi) cənab Məsumi, xanım Fatimə Nəsirpur barədə çıxardığı həbs qərarın icra edilməsinə çalışır.

 

Məsumi o halda buna cəhd göstərir ki, İranın Ali Məhkəmə Orqanı xanım Nəsirpurun vəkili cənab Nağı Mahmudinin etiraz məktubunu qəbul edib və dosyanı bir daha nəzərdən keçirmək üçün tələb edib.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, xanım Nəsirpur sistemin əleyhinə təbliğdə ittiham olunur. Onun barəsində 6 ay həbs qərarı çıxarılıb və bu qərar Təbrizin Apelyasia Məhkəməsi (Dadqahe Təcdide Nəzər) tərəfindəndə təsdiqlənib.

 

Ancaq xanım Nəsirpurun vəkili bu qərara kəskin etirazını bildirib. Hazırda Qərarın ləğv edilməsi üçün müəyyən ümidlər yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar