SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Yaşar Azəroğlu həbs edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Yaşar Azəroğlu həbs edilib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal, tanınmış sənətkar cənab Yaşar Azəroğlu (Hüseynzadə) Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri 2010-cu il dekabr ayının 30-da (Dey ayının 9-ü) cənab Azəroğlunun evinə gedib onu yaxaladıqdan sonra evdə axtarış aparıblar.

 

Axtarış zamanı tanınmış sənətkarın bir çox əsərini o cümlədən Azərbaycanın görkəmli siyasi və ədəbi şəxsiyyətlərinə aid olan tabloları özləri ilə aparıblar.

 

Məlumata görə, adını çəkdiyimiz fəalı evdə keçirdiyi milli zəmindəki kiçik yığıncaqlara görə yaxalayıblar.

 

Hazırda onun saxlanıldığı yerlə bağlı heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, cənab Azəroğlu xalça və tablo zəminində Azərbaycanın tanınmış sənətkəarlarından (hünərmənd) hesab olunur. Hazırda onun xalçalarından biri Fransa muzeylərinin birində saxlanılır və nümayiş etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar