SON XƏBƏRLƏR

Prezident Əliyev: “Şuşada, Xankəndidə milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq”

2021.10.20, 07:36
Prezident Əliyev: “Şuşada, Xankəndidə milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq”

Gunaz.tv

GünAzTv: Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziyadan səslənərkən belə deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun”. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziyadan səslənərkən belə deyib.

Dövlət başçısı ərazi bütövlüyünün bərpasını mütləq şərt saydığını vurğulayıb: “Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcək. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır”.

İlham Əliyev 2010-cu ilin yekunlarından danışarkən Bakıda Dövlət Bayrağı Meydanının yaradıldığını xatırladaraq deyib: “Bizim bayrağımız milli rəmzimizdir, dövlət rəmzimizdir, qürur mənbəyimizdir. Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaq. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcək”. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar