SON XƏBƏRLƏR

Tehran universitetlərinin türk öyrənciləri, azərbaycanlı fəalların toplu məhkəməsi barədə Bildiri yayıblar

2021.10.20, 07:36
Tehran universitetlərinin türk öyrənciləri, azərbaycanlı fəalların toplu məhkəməsi barədə Bildiri yayıblar

Gunaz.tv

GünAzTv:  80 ildən çoxdur ki, Güney Azərbaycan İran hökumətinin şovinizm siyasətləri və basqılarına məruz qalmaqdadır.

 

Azərbaycanlılar bu sörədə isə bir neçə dəfə bu siyasətlərə qarşı ayağa qalxmışdır. Bütün bu çətinliklərə baxmayaraq çağdaş Azərbaycan Milli Hərəkatı mədəni və demokratik yöntəmlərdən faydalanaraq milli haqlarımızın əldə edilməsi yönündə böyük uğurlar qazanmışdır. Bu gəlişmələr və uğurlara qarşı duran şovinist hakimiyyət hərəkatımıza qarşı günü-gündən daha çox basqılar uyğulamaqdadır.

 

Bildiyiniz kimi hakimiyyət son zamanlarda milli fəalları toplu şəkildə tutuqlayaraq, uzun müddət tək adamlıq kameralarda (sellul) ağır işgəncələr altında həbs etmişdir.

 

İndi isə əsassız ittihamlara dayanaraq məhkəmə keçirməyə hazırlaşır.

 

Biz Tehran bilimyurdlarının (universitet) türk öyrənciləri bu həssas dönəmdə millətimizə qarşı yürüdülən çirkin siyasətləri qınayaraq:

 

-         Əsassız ittihamlar üzərindən qurulacaq 12 nəfər milli fəalın (Pinar Fərəczadə, Əkbər Azad, Behbud Quluzadə, Əlirza Əbdullahi, Aydın Xacei, Mahmud Fəzli, Heydər Kərimi, Yunis Süleymani, Nəim Əhmədi, Şükrullah Qəhrəmanifərd, Şəhram Radmehr və Həsən Rəhimi Bəyat) məhkəmə sürəcinə etirazımızı bildiririk.

-         Həbdə olan başqa fəallarımızın (Yürüş Mehrəlibəyli, Lətif Həsəni, Səid Mətinpur, Hüseyn Nəsiri və ... ) qeyd-şərtsiz azadlığa buraxılmalarını istəyirik.

-         Bu durumda Azərbaycan millətini birliyə dəvət edərək öz balalarına sahib çıxmalarını diləyirik.

-         Azərbaycan Milli Hərəkatının fəallarını özəlliklə xaricdəki şəxslər və qurumlarımızı təşkilatı marağlarından asılı olmayaraq bu qonuda daha məsuliyyətli davranmağa çağırırıq.

-         Bütün bəşər haqları qurumlarını Azərbaycan Milli Fəalları və siyasi tutuqlular haqda daha aktiv olmağa dəvət edirik.

 

Gələcək bizimdir

 

Tehranın Əmir Kəbir, Xace Nəsir, Elm və Sənət, Şəhid Beheşti, Tərbiyyəte Müdərris və Şərif Bilimyurdlarının türk öyrənciləri tərəfindən

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar