SON XƏBƏRLƏR

Erməni Basqınçıları Azərbaycan və Türkiyə bayraqlarını cırıb

2021.10.20, 07:36
Erməni Basqınçıları Azərbaycan və Türkiyə bayraqlarını cırıb

Gunaz.tv

GünAzTv: Dünya Azarbaycanlılarının Həmrəliyi Günü ərəfəsində Niderlandda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın olub.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Gecə saatlarında baş verən hadisə zamanı Azərbaycan və Türkiyə bayraqları cırılıb. Qapı, pəncərə sındırılıb. Konqresin prezidenti Sahil Qasımov bunun ikinci belə hadisə olduğunu bildirib. O, hadisənin ermənilər tərəfindən törədildiyini deyib.“Azərbaycan, Türkiyə bayraqları olan otağa girib bayraqları bir-birindən ayırıb, cırıb yerə atıblar. Son vaxtlar Benilüks azərbaycanlılarının fəallaşması, “Artsax” qida məhsullarının Avropaya idxalının dayandırılması üçün imza kampaniyasının başladılması və ermənilərin bu cür fəaliyyətlərinin qarşısının alınması istiqamətində gördüyümüz işlər onları qıcıqlandırır. Amma onlar bu cür cinayətləri ilə bizim fəaliyyətmizi dayandıra biləməyəcək”, - deyə Sahil Qasımov əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar