SON XƏBƏRLƏR

İranın nüvə dövləti olması, hansı təhlükələr doğurur?

2021.10.20, 07:36
İranın nüvə dövləti olması, hansı təhlükələr doğurur?

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejatın ölkəsini nüvə dövləti elan etməsi dünyada ciddi əks-sədaya səbəb olub.

 

Dünya gücləri İranın nüvə dövləti olmasının gələcəkdə fəsadlara yol açmaması üçün çağırışlar edirlər. Bəs, İranın nüvə dövləti olması regiona və dünyaya nə kimi təsir edə bilər? “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu hesab edir ki, əgər İran yalnız nüvə enerjisi əldə edən ölkədirsə, nüvə silahı istehsal etməyəcəksə, burada qorxulu nə isə yoxdur: “Lakin tarixdə təcrübədə də göründü ki, nüvə enerjisinin özü də göründüyü qədər təhlükəsiz deyil.

Ortada Çernobıl hadisəsi və digər açılmayan gizli saxlanılan məsələlər var. Düzdür nüvə enerjisi əldə etmək hər bir dövlətin hüququdur. Ancaq bildiyimiz kimi, İranın xarici siyasətində bir aqressiv xətt də nəzərə çarpır. İran bir çox ölkələrlə təhdid dilində danışmağa üstünlük verir. Əgər İran prezidenti İranın nüvə silahına malik olmasına eyham edirsə, burada iki məqam var. Birinci məqam odur ki, məncə, İran hələ nüvə silahı əldə eləməyib. İkinci məqam odur ki, İran nüvə silahını əldə etməyə çalışır. İranın nüvə silahı anlamında nüvə dövləti olması istisnasız olaraq bütün qonşuları, ilk növbədə Azərbaycan üçün pozitiv hal kimi qiymətləndirilməməlidir”. Ekspertin fikrincə, İranın nüvə silahı olacağı halda bu ölkənin hakimiyyətinin ritorikası bir qədər də sərtləşəcək, təzyiq, təhdid elementləri İranın xarici siyasətində daha çox üstünlük əldə edəcək.Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri öncə xatırlatdı ki, nüvə dövləti anlayışı bir neçə qrupa bölünür. Birinci qrupa əsasən dünya gücləri daxildir ki, onlar nüvə yanacağı istehsalı ilə bərabər, həm də nüvə silahına malikdirlər. Bu ölkələrə ABŞ, İngiltərə, Rusiya və digər dünya gücləri daxildir. İkinci qrupa o standart ölkələr daxildir ki, onlar nüvə yanacağı və nüvə silahına malikdirlər, lakin dünya gücləri tərəfindən açıq razılıq almayıblar. Səhnə arxasında müəyyən razılıqlar olub. Bu ölkələr qrupunda Pakistan və Hindistanı göstərmək olar: “İran üçüncü qrupa - nüvə yanacağı istehsal edən dövlətlər sırasına daxil olub. İran nüvə dövlətləri siyahısında üçüncü qrupa aid dövlətdir. Bu gün nüvə yanacağı istehsal etməsi region dövlətləri üçün hər hansı bir təhlükə yaratmır. Əgər İran gələcəkdə bu imkanlarından məxfi surətdə istifadə edərək həqiqətən də nüvə silahı yaratmaq fikrinə düşərsə, bu artıq region dövlətləri üçün təhlükəyə çevriləcək. Bu, Azərbaycanın maraqlarına xüsusilə uyğun deyil. İran dövləti nüvə silahı istehsal etməyə başladığı zamandan nə dünya güclərinin, nə region dövlətlərinin maraqlarına uyğun olacaq. Təhlükənin qarşısını almaq üçün dünya dövlətləri İrana qarşı ciddi addımlar atmaq məcburiyyətində qalacaq ki, bu da dünyanın mənzərəsinə dəyişiklik gətirə biləcək hadisələrin başlanmasına səbəb olacaq”.Ekspert hesab edir ki, İranın ikinci qrup nüvə dövləti siyahısına girməsinə imkan vermək olmaz. Yeni musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar