SON XƏBƏRLƏR

Amerikada daha bir erməni mafiyası çökdürülüb

2021.10.20, 07:36
Amerikada daha bir erməni mafiyası çökdürülüb

Gunaz.tv

GünAzTv: Ötən gün Los Ancelsdə daha bir erməni mafiyası sıradan çıxarılıb. Bu dəfə Los Ancelsdə ermənilərin yaratdığı tütün mafiyası zərərsizləşdirilib. GünAzTv mətbuat mərkəzinin “Tia.az”-a istinadən yaydığı məlumata görə, Bir müddət əvvəl ABŞ-da (Amerika Birləşmiş Ştatları) erməni əsillilərin yaratdığı orqan və sığorta mafiyası polis tərəfindən aşkarlanaraq, sıradan çıxarılmışdı. «Pzo» ləqəbli erməninin yaratdığı mafiya Amerika hökumətinə milyonlarla dollar zərər vurmuşdu. Həmin vaxt aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, «Pzo»nun İrəvan hakimiyyəti ilə də yaxın əlaqələri varmış. Ötən gün isə Los Ancelsdə daha bir erməni mafiyası sıradan çıxarılıb. Qriqor Çivitçiyan və Sarkis Mkırtıçyanın başçılıq etdiyi mafiya ABŞ-da tütün biznesində fırıldaqla məşğul olublar. Polis onları yaxalayaraq məhkəməyə göndərib. Onlar 280 min dollar cərimə olunublar. 2007-ci ildən başlayan araşdırmadan sonra həbs olunan hər iki erməni üçün cinayət işi qaldırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar