SON XƏBƏRLƏR

İslahatçıların gələcək seçkilərlə bağlı mövqeyi bəlli olub

2021.10.20, 07:36
İslahatçıların gələcək seçkilərlə bağlı mövqeyi bəlli olub

Gunaz.tv

GünAzTv: İranın keçmiş prezidenti Məhəmməd Xatəmi gələn prezident seçkilərinə islahatçıların da qatılması ilə bağlı bir neçə şərt irəli sürüb.

Xatəmi İran parlamentinin islahatçı millətvəkillərinin yığıncağında çıxış edərək bildirmib ki, siyasi məhbuslar azadlığa buraxılsa, qanunlara əməl olunsa və sağlam seçki keçirilsə gələn prezident seçkilərində iştirak etmək olar. O öz çıxışda xatırladıb ki, keçən parlament seçkilərində islahatçı namizədlərin yarısından çoxu seçkilərə buraxılmayıb. Xatəminin fikrincə əgər belə olmasaydı indi parlamentdə islahatçılar çoxluq təşkil edərdi. O bildirib ki, hakim cərəyan islahatçı kəsimlə rəqabət apara bilmədiyindən seçkilərdə qanunsuzluqlara yol verir. Xatəmi islahatçıların gücünə işarə edərək bildirib ki, “əgər mühafizəkarlar özlərini güclü hesab edirlərsə azad və sağlam seçkilərə şərait yaratsınlar və sağlam rəqabətdə seçkiləri qazansınlar.”

Xatəminin çıxışı bir sıra mühafizəkar millət vəkilinin xoşuna gəlməyib və tənqidlə qarşılanıb. Dekabrın 28-də parlamentin mühafizəkar millət vəkili Həmid Rəsayi Xatəmini tənqid edərək bildirib ki, “Xatəmi keçən ilki mövqeyində qalıb. Heç dəyişməyib”. Rəsayi əlavə edib ki, Xatəmi islami rejimini dəstəkləyirsə onun dövründə baş verənlərə və keçən ilki hadisələrə görə cavab verməlidir.  Digər mühafizəkar millət vəkili Əlirza Zakani isə bildirib ki, Xatəmi əvvəlcə fitnəkarlarla öz münasibətlərinə aydınlıq gətirsin, sonra xalqın səsini qazanmağa cəhd göstərsin. İran parlamentinin keçmiş spikeri Qulaməli Həddad Adil Xatəminin bu çıxışına daha mülayim münasibət bildirərək deyib ki, “səbr edək və görək gələcək bu barədə nə deyəcək. Xalq bununla bağlı nə qərar verəcək”.

Xatəminin bu çıxışı daha çox mühafizəkarların gələcək seçkilərlə bağlı münasibətini öyrənməyə bir cəhd kimi də dəyərləndirilə bilər. Hələ prezident seçkilərinə 3 ildən biraz az zaman var. Prezident seçkilərindən əvvəl parlament seçkiləri də keçiriləcək. Xatəminin belə bəyanatları mühafizəkarların islahatçılara seçkilərdə nə dərəcədə iştirak etmə icazəsi verəcəyini öyrənmək məqsədi də daşıya bilər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar