SON XƏBƏRLƏR

İran Generalının İsrail həbsxanasında öldüyü xəbəri yayılıb

2021.10.20, 07:36
İran Generalının İsrail həbsxanasında öldüyü xəbəri yayılıb

Gunaz.tv

GünAzTv: Ərəb və İran KİV-lərində İranın müdafiə nazirinin keçmiş müavini, general Əli Rza Əsgərinin İsrail zindanında keçindiyi haqda məlumatlar yayılıb.

Məlumata görə, Əlirza Əsgəri İsrailin “Ayolan” həbsxanasında bir neçə gün əvvəl ölüb.

GünAzTv mətbuat mərkəzinin Media forum-a istinadən yaydığı məlumata görə, Əsgəri 2006-cı ilin dekabrında İstanbulda itib. Qərb mətbuatı iranlı generalın Qərbə sığındığını və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək istədiyini bildirmişdi.

İsrail kütləvi informasiya vasitələrində isə Əsgərinin İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “İslami Cihad”, “Mehdi ordusu”, İraqdakı silahlı üsyankar qüvvələr və Bədr briqadaları ilə əlaqəsini sübut edən çox mühüm sənədlərə malik olduğu haqda məlumatlar yayılmışdı.

Rəsmi Tehran isə Əsgərini Qərb xüsusi xidmət orqanlarının oğurladığını iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar