SON XƏBƏRLƏR

Rusiyada vəziyyət yenidən gərginləşə bilər

2021.10.20, 07:36
Rusiyada vəziyyət yenidən gərginləşə bilər

Gunaz.tv

GünAzTv: Rusiyada Yeni il bayramı günlərində faşist qrupların qeyri-ruslara qarşı yeni hücum dalğası gözlənilir.

Rusiya KİV-lərinin xəbərlərinə görə, Moskva və digər iri şəhərlərin hüquq-mühafizə orqanları bu cür xəbərdarlıqlar alıblar. Həmçinin Moskvadakı qırğız, özbək, tacik, azərbaycanlı, gürcü və digər millətlərin diasporları öz nümayəndələrinə xəbərdarlıq edib ki, bayram günlərində küçələrə çıxmaqdan çəkinsinlər.

Xəbər verildiyi kimi, Rusiyada dekabrın 12-dən etibarən ultramillətçi qrupların şərti olaraq “qafqazlılar” adlandırılan qeyri-ruslara qarşı hücumları başlayıb, iğtişaşlar baş verib və kütləvi toqquşmalarla müşayiət olunub.GünAzTv mətbuat mərkəzinin "Yeni musavat"-a istinadən yaydığı məlumata görə, dünən etnik zəmində daha bir zorakılıq hadisəsi qeydə alınıb, naməlum şəxslər Moskvada Özbəkistan vətəndaşını bıçaqlayıblar. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Milisə ifadəsində zərərçəkən özbək deyib ki, tanımadığı şəxslər ona ticarət mərkəzlərindən birinin qarşısında hücum edərək bıçaq zərbələri endiriblər. Digər xəbərə görə, bayram günlərində faşist qruplarına qarşı orta asiyalıların müqavimətini təşkil etmək cəhdləri var. Federal Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən, Qırğızıstandan olan bir qrup şəxs Orta Asiya respublikalarından olan miqrantları bayram günlərində mitinqə çıxmağa çağırır və bu məqsədlə bazarlarda təbliğat aparır. FTX həmin şəxsləri tapmaq üçün əməliyyat keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar