SON XƏBƏRLƏR

Əhmədinejadın yaxın qohumları peyğəmbərləri İranlılaşdırır

2021.10.20, 07:36
Əhmədinejadın yaxın qohumları peyğəmbərləri İranlılaşdırır

Gunaz.tv

GünAzTv: İran Prezidenti Mahmud Əhmədinejadın köməkçisi İsfəndiyar Rəhim Meşai Həzrəti İbrahimin iranlı olduğunu bildirib. Milli.Az xəbər portalı Türkiyənin "Doğan" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın "Arya" agentliyi yayıb.  Bir müddət əvvəl bəzi qəzetlərdə İsfəndiyar Rəhim Meşaiyə istinadən Məhəmməd peyğəmbərin iranlı olması barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda deyilir ki, həm də Əhmədinejadın qudası olan Meşai Tacikistana səfəri zamanı etdiyi çıxışda "Məhəmməd peyğəmbərin ərəb deyil, fars oluğunu isbat edərəm" bəyanatını verib.  Lakin İsfəndiyar Rəhim Meşai bu xəbərləri təkzib edib: "Mən Həzrəti İbrahimin iranlı olduğunu nəzərdə tutmuşam. Məhəmməd peyğəmbərin ərəb olduğunu hamı bilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar