SON XƏBƏRLƏR

İran güləşçisisindən Azərbaycan Respublikasına övgülər...

2021.10.20, 07:36
İran güləşçisisindən Azərbaycan Respublikasına övgülər...

Gunaz.tv

GübAzTv: Bakıda Azərbaycan kuboku yarışında iştirak edəndən sonra İrana qayıdan sərbəst güləşçi Məhəmmədrza Azərşəkib dekabrın 29-da jurnalistlərə açıqlamasında Azərbaycandakı idman mühitini tərifləyib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Məhəmmədrza Azərşəkib yarışa İran Güləş Federasiyasının razılığı ilə qatıldığını deyib: “Bu mənim üçün yaxşı fürsət idi və orada yaxşı nəticə əldə etdim (güləşçi 120 kiloqram çəki dərəcəsində qalib olub – red.). Avropa və dünya çempionu olan 3-4 güləşçi də yarışa qatılmışdı. Mən onların hamısını məğlub edib çempion oldum. Buna görə çox sevinirəm”.

Azərşəkib gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyi barədə şayiələrə də münasibət bildirib: “Mən hələlik bu barədə fikirləşib qəti qərara gəlməmişəm. Bütün güləşçilər Azərbaycandakı yarışlara qatıla bilərlər. Bu, açıq rəqabətdir. Ancaq siz də mənimlə razılaşın ki, İranda heç kəs idmançılara dəyər vermir. Hazırda kirayədə qalıram. Mənim əlimdən güləşdən başqa bir iş gəlmir. Bizim problemlərimizlə maraqlanmalı idilər.

Azərbaycan Güləş Federasiyası bu idmana çox peşəkarcasına yanaşır. Güləş onlara iftixar qazandıran yeganə idman növüdür. Elə buna görə də öz güləşçilərinə böyük önəm verirlər. Mən idmançılara qayğı və ehtiramın nə olduğunu Azərbaycan Respublikasında anladım”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar