SON XƏBƏRLƏR

Naxçıvanda qaz tapılıb

2021.10.20, 07:36
Naxçıvanda qaz tapılıb

Gunaz.tv

GünAzTv: Ordubadda sınaq üçün qazılmış 7 quyudan 5-də təbii qaz aşkarlanıb. Üzə çıxmış təbii sərvətin böyük həcmdə olacağı düşünülür. Hələ xeyli əvvəldən Muxtar Respublikanın Ordubad ərazisində aparılan kəşfiyyat işləri ilkin nəticələrini verib. Ordubadda sınaq üçün qazılmış 7 quyudan 5-də təbii qaz aşkarlanıb. Məlumata görə, üzə çıxarılan «mavi yanacaq»ın hansı həcmdə olduğu və yatağın imkanları hazırda hesablanır. Bu barədə TİA.AZ Naxçıvandakı mənbələrdən istinadən xəbər yayıb.

məlumatda vurğulanır ki,  bu hesablamaların dəqiqliyi yerdə qalan 2 quyudan əldə ediləcək nəticələrdən sonra mümkünləşəcək. İllərdən bəri aparılan araşdırmalardan sonra üzə çıxmış təbii sərvətin böyük həcmdə olacağı düşünülür. Hesab edilir ki, Ordubaddakı yataqlardan çıxarılacaq qaz həm Naxçıvanın ehtiyaclarını qarşılyacaq, həm də xaricə satmaq üçün imkanlar verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar