SON XƏBƏRLƏR

Qarabağ Azadlıq Təşkilatı səfərbərlik elan etdi

2021.10.20, 07:36
Qarabağ Azadlıq Təşkilatı səfərbərlik elan etdi

Gunaz.tv

GünAzTv: Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin ilin yekunlarına dair iclası keçirilib.

İclasda Qarabağa dair danışıqların davam etdirilməsinə ehtiyac olmadığı, hərbi əməliyyatların başlanmasının labüdlüyü, cəmiyyətin müharibə qanunları ilə yaşamasının zəruruliyi vurğulanıb və təşkilatın mövqeyini əks etdirən bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar heç bir nəticə verməyib, beynəlxalq qurumların məsələyə obyektiv yanaşacaqlarına olan ümidlər özünü doğrultmayıb, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası iflasa uğrayıb: "Belə bir vəziyyətdə Azərbaycanın yalnız bir yolu qalır. Azərbaycan yalnız hərbi yolla torpaqlarını işğaldan azad edə bilər. Ona görə də Azərbaycan ləngimədən hərb yolunu seçməli, dövlət və cəmiyyət müharibə vəziyyətinə uyğun həyat və fəaliyyət tərzinə keçməlidir. Bütün göstərilənləri nəzərə alaraq hesab edirik ki, bütün səviyyələrdə "xalq diplomatiyası"ndan imtina edilməli, ermənilərlə qarşılıqlı səfərlərə son qoyulmalı, Bakıda keçirilən beynəlxalq tədbirlərə düşmən ölkənin nümayəndələri dəvət olunmamalıdır, Azərbaycan cəmiyyətinin əhvali-ruhiyyəsinə və əxlaqına, döyüş ruhuna mənfi təsir göstərdiyinə görə telekanallarda və digər KİV-lərdə bayağı, biabırçı verilişlər dayandırılmalı, hərbi vətənpərvərlik yönümlü verilişlərə üstünlük verilməlidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı güc nümayişi, hədə və təhdid kimi dəyərləndirilməli və bu təlimlərin qarşısı hərbi müdaxilə yolu ilə alınmalıdır. Artıq gözləməyə vaxt qalmadığını və ordumuzun kifayət qədər güclü olduğunu nəzərə almaqla Azərbaycan 2011-ci ilin mart-aprel aylarından gec olmamaqla ərazilərimizin hərbi yolla işğaldan azad edilməsinə başlamalıdır. Biz bütün Azərbaycan xalqını, ictimai, siyasi qurumları yağı düşmən üzərində qələbə çalmağa, Qarabağın azadlığı naminə bir araya gəlməyə çağırır və Qarabağ Azadlıq Təşkilatının bütün üzvlərinin müqəddəs müharibəyə səfərbərliyini elan edirik". Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar