SON XƏBƏRLƏR

Rəsmi London ETTELAATın bu ölkəyə qarşı iddiasını “Məsxərə” adlandırıb

2021.10.20, 07:36
Rəsmi London ETTELAATın bu ölkəyə qarşı iddiasını “Məsxərə” adlandırıb

Gunaz.tv

GünAzTv: Böyük Britaniya Xarici İşlər Nazirliyi ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) bu ölkənin İranda tutulan terrorçularla əlaqədə olması ilə bağlı iddiasını təkzib edib.

ETTELAAT noyabrın 4-də Böyük Britaniyaya bağlı 4 terrorçunu tutduğu barədə məlumat yayıb. İranın ingilisdilli “Press TV” şəbəkəsi ETTELAAT rəsmilərinə istinadla tutulanların İran Kürdüstanında gizli fəaliyyət göstərən solçu kürd “Komole” təşkilatının üzvləri (Məcid Bəxtiyar, Həjir İbrahimi, Loğman Muradi və Zenyar Muradi) olduğunu vurğulayıb.

Bildirilib ki, hazırda Böyük Britaniyada mühacirətdə yaşayan “Komole” təşkilatının rəhbəri Cəlil Fəttahi İraq Kürdüstanının Süleymaniyə şəhərində tutulan şəxslərlə tez-tez görüşür, onlara göstəriş verir, silah və pulla təmin etdikdən sonra casusluq və hərbi əməliyyat keçirmək üçün İrana göndərirmiş.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü Barri Marston ETTELAAT-ın bütün iddialarının əsasız olduğunu vurğulayıb: “Böyük Britaniya heç vaxt İranda terrorçuluğa dəstək verməyib. İran hökumətinin bu ölkədə baş verən hər hansı xoşagəlməz hadisəni ingilislərə bağlaması qəbuledilməzdir. Yaxşı olar ki, Böyük Britaniyaya qarşı bu əsassız, məzhəkəli və məsxərə ittihamları irəli sürmək əvəzinə İran hökuməti öz problemlərinin gerçək səbəblərini axtarıb tapsın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar