SON XƏBƏRLƏR

İranda edamlar dəvam edir

2021.10.20, 07:36
İranda edamlar dəvam edir

Gunaz.tv

İsfahanın mərkəzi həbsxanasında zorlamada təqsirləndirilən kişi edam olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

 

İsfahan əyalətinin prokuroru Məhəmmədrza Həbibi bildirib ki, edam olunan şəxs digər iki nəfərlə əlbir olaraq 2009-cu ildə zorlama, oğurluq, adam oğurluğu ittihamı ilə həbs olunub. Onlar törətdikləri cinayətləri etiraf ediblər. Həbs olunan üç nəfərdən biri edam, digər ikisi isə 18 il azadlıqdan məhrum edilib.

 

O, edam olunanların adlarını açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar