SON XƏBƏRLƏR

Fəraz Kəmalvənd: “Traxtur” tərəfdarları puldan daha mühümdür

2021.10.20, 07:36
Fəraz Kəmalvənd: “Traxtur” tərəfdarları puldan daha mühümdür

Gunaz.tv

GünAzTv: Təbrizin “Traxtur” futbol komandasının baş treneri (sər mürəbbi) cənab Fəraz Kəmalvənd minlərlə “Traxtur” tərəfdarının stadyoma (stadion) buraxılmamasından şıkayətlənib.

 

Kəmalvənd bildirib ki, uzaq şəhərlərdən gələn “Traxtur” tərəfdarlarının stadyoma buraxılmaması və onların çöldən müsabiqəni izləməsi məni çox narahat edib. Onlar puldan daha çox mühümdürlər, əgər tərəfdarlar olmasa “Traxtur”un nə dəyəri varki?!

 

Baş trener vurqulayıb ki, “Traxtur” klubunun bilet satışından gələn pula ehtiyacı yoxdur. Əgər gələn dəfə komanda tərəfdarlarının problemi çözülməsə məndə skameyka (nimkət) üstündə oturmayacayam.

 

Kəmalvənd bu problemi çözmək üçün bütün səlahiyyətli orqanlar və məsullarla danışacağına söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar