SON XƏBƏRLƏR

Hüseyn Nəsirini unutmayaq

2021.10.20, 07:36
Hüseyn Nəsirini unutmayaq

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı  Milli-mədəni fəal Hüseyn Nəsiri hazırda İran rejiminin zindanında həbs dövrünün 8-ci ayını yaşamaqdadır.

 

O 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünün qurumasına etiraz əlaməti olaraq həyata keçirilən, “Urmu Gölü Yığıncağı”-na  qatılarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb.

 

Nəsiri digər yığıncaq iştirakçıları kimi, İran Təhlükəsizlik Qüvvələri tərəfindən hücumlara məruz qalıb və 10-larla soydaşımızla birlikdə dövlətin xüsusi dəstələri tərəfindən tutuqlanıb. O birinci olaraq Üskü şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra Təbrizin ETTELAATına və nəhayət 2 ay təknəfərlik kamerada saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına aparılıb.

 

Təxminən bir ay öncə Təbrizin Şəhid Mədəni xəstəxanasında Nəsiriyə rast gəlinib. xəstəxanada bulunan bir ailənin sözlərinə görə, xəstələrdən biri (Nəsiri) qışqıraraq deyib: “Mən Hüseyn Nəsiriyəm. Məni zindandan gətiriblər, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının ağır işgəncələri altında ürək damarlarım tutulub və səhhətimlə bağlı vəziyyətim olduqca ağırdır. Məni eşidənlərdən xahiş eliyirəm səsimi fikirdaşlarıma çatdırsınlar.”

 

Nəhayət ki Təbrizin İnqilab Məhkəməsi bir neçə ay həbsdə qaldıqdan sonra Hüseyn Nəsirinin dosyasına baxıb. Məhkəmə Nəsirini İnternet irtibatı və Azərbaycan bayrağı barədə mübahisə etdiyinə görə, onu sistemin əleyhinə təbliğdə ittiham edib və barəsində 1 il həbs cəzasına dair hökm çıxarıb.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

 

Nəsiri günümüzə qədər həbsdədir. Onun həbs dövrü artıq 8-ci aya daxil olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar