SON XƏBƏRLƏR

"Traxtur" komandası "Peykan"ı məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
"Traxtur" komandası "Peykan"ı məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAzTv: Bu gün yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur” komandası ilə “Peykan” taxımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”-un xeyirinə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 14-cü həftəsində keçirilən müsabiqənin birinci hissəsində ilk olaraq “Peykan” taxımı öz rəqibinin qapısına 1-ci qolu vurmağa nail oldu. Sonra isə “Traxtur” komandası tərəfindən ardıcıl 2 qol vuruldu.

 

Müsabiqənin ikinci hissəsində qol vurulmadı. Bununlada oyun (2 – 1) nəticəsi ilə “Traxtur” komandasının xeyirinə yekunlaşdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar