SON XƏBƏRLƏR

Erməni əsirliyində olan vətəndaşımız geri qaytarılıb, Bakı isə Manvel Sarıbekyanın meyitini təhvil verib

2021.10.20, 07:36
Erməni əsirliyində olan vətəndaşımız geri qaytarılıb, Bakı isə Manvel Sarıbekyanın meyitini təhvil verib

Gunaz.tv

GünAzTv: Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev Azərbaycana təhvil verilib.

Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunda həyata keçirilib. Saat 13:45-də Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları kəndi tərk ediblər. Qeyd edək ki, Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndinə balıq tutarkən atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.GünAzTv mətbuat mərkəzinin ANS PRESS-ə istinadən yaydığı məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycanda intihar etmiş erməni kəşfiyyatçısı Manvel Sarıbekyanın meyiti də Ermənistana qaytarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar