SON XƏBƏRLƏR

ETTELAAT daha bir islahat tərəfdarı olan jurnalisti tutuqladı

2021.10.20, 07:36
ETTELAAT daha bir islahat tərəfdarı olan jurnalisti tutuqladı

Gunaz.tv

GünAzTv: İranda islahat tərəfdarı olan jurnalist Nazənin Xosrəvani tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları noyabrın 3-də jurnalisti atası mənzilindən tutub aparıblar.

 

Evdə axtarış aparılıb, jurnalistin kompüteri, əlyazmaları və bir sıra digər şəxsi əşyaları götürülüb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Nazənin Xosrəvani artıq fəaliyyətinə qadağa qoyulmuş bir çox islahatçı qəzetlə, o sıradan “Novruz”, “Sərmayə”, “Dövrani emruz” (“Bugünkü dövr”) nəşrləri ilə əməkdaşlıq edib.

 

Konkret nədə günahlandırıldığı bəlli olmayan jurnalistin hazırda harada saxlandığı da bilinmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar