SON XƏBƏRLƏR

Sirus Gövhərinin həbsinə dair hökm təsdiqləndi

2021.10.20, 07:36
Sirus Gövhərinin həbsinə dair hökm təsdiqləndi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı milli-mədəni fəal cənab Sirus Gövhəri barədə çıxarılan 1 illik həbs cəzası hökmü Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) tərəfindən təsdiqlənib.

 

Sirus Gövhəri sözdə pantürkistlərin xeyirinə fəaliyyət göstərməklə  sistemin əleyhinə təbliğdə ittiham edilib. Soyuqbulaq (Mahabad) məhkəməsi onu bu ittihamla 1 il azadlıqdan məhrum edib.

 

Məhkumun etirazına baxan Apelyasiya Məhkəməsi isə məhkəmə hökmünü qüvvədə saxlayaraq 1 il həbs cəzasınıa dair hökmü təsdiqləyib.

 

Xatırladaq ki, Qoşaçay sakini Sirus Gövhəri tanınmış fəallardan sayılır. O qapadılmış “Şəms-i Təbriz”, “Nəvid-i Azərbaycan” və digər mətbu orqanlarla əməkdaşlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar