SON XƏBƏRLƏR

İranı daha çox bahalıq gözləyir

2021.10.20, 07:36
İranı daha çox bahalıq gözləyir

Gunaz.tv

GünAzTv: Bir neçə gündür ki, İranda subsidiyaların ləğvi barədə dövlət əməli atdımlar atmağa başlayıb.

Subsidiyaların ləğvindən gələn əlavə pullar hesablanıb və indidən əhalinin hesablarına daxil edilir. Əhali hələlik bu hesablardan pul ala bilməsələrdə bir neçə vilayətdə pullar hesaba oturub.

Bu xəbər İran bazarına ciddi təsir göstərib. Bazarda ərzaq mallarının qiyməti təxminən 30- 40 faiz artıb. Belə ki, pul kütləsinin çoxalma ehtimalını hiss edən bazar və istehsalçılar malların qiymətini qaldırmaqla anbarlarda malların yığılıb qalmasını təmin etməyə çalışır. Digər tərəfdən isə vətəndaş bahalanma ehtimallına qarşı bir sıra malları alıb evində saxlamağa cəhd göstərir. Bu isə tələbin artmasına və təklifin azalmasına gətirib çıxarır. Belə olan halda isə qiymətlərin bahalanması qaçınılmaz haldır.

İran prezidenti bildirib ki, subsidiyaların ləğvi ölkədə heç bir qıtlığın yaranmasına səbəb ola bilməz. O bildirib ki, indi ehtiyatda kifayət qədər ərzaq malları saxlanılır.  Lazım olan zaman dövlət bazara müdaxilə edə bilər. Digər tərəfdən də İran polis və təhlükəsizlik qüvvələri qiymətlərin artması nəticəsində vətəndaşların etiraz aksiyalarından ehtiyatlanaraq şəhərlərdə müxtəlif məntəqələrdə postlar yaradıb.

Demək olar ki, hakimiyyət qiymətlərin artacağı və xalqın təpki  göstərəcəyini indidən düşünərək onun qarşısını almağın yollarını axtarır. İran müxalifəti subsidiyaların ləğvi proqramını ilə razılaşsa da onun icra mexanizminə öz etirazlarını bildirirlər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar