SON XƏBƏRLƏR

“Yaşıl Hərəkat” liderləri Xamneyini kəskin tənqid ediblər

2021.10.20, 07:36
“Yaşıl Hərəkat” liderləri Xamneyini kəskin tənqid ediblər

Gunaz.tv

GünAzTv: İrandakı müxalif “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi görüşərək ölkənin hazırkı durumunu müzakirə ediblər.

Görüşdə Musəvi və Kərrubi ölkənin dini rəhbəri aytullah Əli Xamneyinin oktyabrın 19-da Qum şəhərindəki çıxışını kəskin tənqid ediblər.

Qum şəhərində çıxış edərkən Əli Xamneyi 2009-cu ildə keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq təşkil edilən kütləvi aksiyalardan söz açıb: “Ötən il keçirilən prezident seçkisi milli bir referendum idi. Bununla da xalq sistemə və islam hakimiyyətinə olan sədaqətini, etimadını bir daha nümayiş etdirdi. Nəticədə bundan qəzəblənmiş düşmən fitnəyə əl atdı, xalqın etimadının təsirini azaltmağa çalışdı, ancaq xalq bu fitnəyə və fitnəkarlara uymadı, onların öz niyyətlərinə çatmasına imkan vermədi. Xalqın 2009-cu ildəki fitnəyə müqaviməti, ayıq-sayıqlıq göstərməsi ölkəni və əhalini siyasi mikroblardan qoruyaraq vaksin etdi”.

Xatırladaq ki, 2009-cu il seçkisindən bir həftə sonrakı çıxışında İran prezidenti Mahmud Əhmədinejad etirazçıları “çör-çöp”, az sonra isə Tehranda çıxış edən Məşhəd şəhərinin cümə namazının rəhbəri Əhməd Ələmolhoda müxalifləri “bir ovuc dana və çəpiş” adlandırmışdı.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Musəvi ilə Kərrubi öz görüşlərində hakimiyyətdəkilərin düzgünlük və sədaqəti beşgünlük dünyaya qurban verdiklərini deyiblər: “Öz hüququnu tələb etmək üçün dinc etiraza qalxan milyonlarla müəllim, fəhlə, tələbə, qadın, jurnalist və digər təbəqələrdən olan insanları çör-çöp, fitnəçi, dana və çəpiş, eləcə də mikrob adlandırmaq ölkənin mənafeyinə uyğun deyil. Biz hesab edirik ki, bütün İran xalqı vətəndaşlıq hüququna malik olan əziz insanlardır. Xalqın siyasi iradəsi və rəyi əsasında qurulan sağlam cəmiyyət elə bir cəmiyyətdir ki, insanlar öz etirazlarını bildirib tənqid etmək hüququna malik ola bilsinlər. Bu isə təbii bir haqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar