SON XƏBƏRLƏR

22 adda ərzağın ixracı yasaqlanıb

2021.10.20, 07:36
22 adda ərzağın ixracı yasaqlanıb

Gunaz.tv

GünAzTv: Tehran hakimiyyəti sanksiyalardan yaranacaq qıtlığın qarşısını almaq üçün çeşidli üsullardan istifadə edir.

İRİNN-in məlumatına görə, ölkədən çıxarılması yasaqlanan 22 adda gündəlik təlabat mallarının və ərzaq məhsullarının siyahısı açıqlanıb.

Həmin siyahıya ilk növbədə bunlar daxil edilib :

Düyü, bitki yağı, qənd, ət, quş, yumurta, çörək, süd məhsulları (süd, yoqurt, kərə yağı, pendir), un məmulatları, paxlalılar (noxud, lobya) və dənli bitkilər (qarğıdalı, vələmir), çay, kartof, soğan, pomidor, tomat, meyvələrdən (alma, banan), siturs meyvələrindən (naringi, portağal), paltar yuyucu tozlar, polad, sement, kağız (qəzet çapı və nəşr üçün), avtomobil təkəri (minik, yük və avtobus).

«Əgər bu məhsulların istehsalçıları istehsalı artırmasa, o zaman qiymətlər bazarda durmadan artacaq»-deyə, bir müddət öncə İranın ticarət naziri Mehdi Qəzənfəri bildirmişdi.

Bahalaşmanın qarşısını almaq, 13 növ ərzaq və gündəlik təlabat malların ehtiyatını təmin etmək məqsədi ilə Ticarət Nazirliyi istehsalçılarla razılaşma imzalayıb.

Xatırladaq ki, sentyabrda Kənd Təsərrüfatı Nazirliyi sərmayə, sahibkarlıq fəaliiyət və ticarətin inkişafı idarəsinin direktoru Abbas Hacıian agentliyə müsahibəsində demişdi ki, sentyabrın 18-dən etibarən 800 adda kənd təsərrüfatı məhsulunun idxalatına qadağa qoyulub.

Nazirlik bu yasağı  ölkə prezidentinin idxalat və ixracat haqda qanuna, habelə onun icrası çərçivəsində tətbiq edildiyini bildirmişdi.

Direktorun sözlərinə görə,  göstərilən tarixdən etibarən həmin məhsulların sifarişinin qeydə alınması da qadağan olunub. Bununla yanaşı qanun qüvvəyə mindiyi gündən etibarən Kənd Təsərrüfatı Nazirliyi bu sahənin məhsulları idxalının təşkilinə məsuliyyət daşıyır.

Sentyabrın 18-inə qədər qeydə alınmış sifarişlərin icrasına isə sifarişçi təşkilatlar məsuliyyət daşıyacaq. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar