SON XƏBƏRLƏR

İşğalçı ölkənin demoqrafik vəziyyəti acınacaqlı həddə çatıb

2021.10.20, 07:36
İşğalçı ölkənin demoqrafik vəziyyəti acınacaqlı həddə çatıb

Gunaz.tv

GünAzTv: Son 20 ildə Ermənistandan 1 milyon erməni mühacirət edib. əhalinin artım tempi hazırki kimi qalarsa, 40-45 ildən sonra əhalinin sayı 2 dəfə azalacaq.

Ermənistanın Səhiyyə Nazirliyi və Uşaqların Müdafiəsi İdarəsinin yaydığı məlumata görə, ölkə əhalisinin sayını indiki həddə saxlamaq üçün hər ailədə 2 uşağın doğulması vacibdir. Demoqrafik artım üçün isə 3 və ya 4 uşaq olmalıdır.

Ümumiyyətlə, MDB ölkələri arasında doğum sayı ən az Ermənistanda qeydə alınır. 2010-cu ildə yeni doğulan uşaqların sayı ötən illərlə müqayisədə 2 dəfə azalıb. Nigahların sayında da azalma özünü göstərir. Mütəxəssislər bunu, iqtisadi böhranın yaratdığı sosial çətinliklərlə əlaqələndirirlər.

Acınacaqlı vəziyyətin qarşısını almağa çalışan Ermənistan hökuməti qabaqlayıcı tədbirlərə başlayıb. Baş nazir Tiqran Sarqsyan deyib ki, ölkədə yoxsulluğun yüksək həddə çatması miqrantların sayına da təsirsiz ötüşməyib. Rəsmi İrəvan xaricə üz tutan vətəndaşlarının geri qayıtması məqsədilə layihə hazırlayır. Problemi həlli prosesinə əcnəbi ekspertlər də cəlb olunub.

 

Erməni miqrantların yaxın illər ərzində geri qayıdacağına inanmayan mütəxəssislər layihənin ən azı 10-15 ildən sonra müsbət nəticə verə biləcəyini düşünürlər. Ermənistanda əhalinin artım tempi hazırki kimi qalarsa, 40-45 ildən sonra əhalinin sayı 2 dəfə azalacaq. Yeri gəlmişkən, ölkədə gənclərlə bağlı vəziyyət də ürəkaçan deyil. Dəli və hipertoniyalı erməni gənclərinin sayı artmaqda davam edir. Statiskaya görə, son bir ildə dəlilik əlamətlərinin artması halları ötən ilə nisbətdə 20 faiz artıb. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar